İbrahim Malsaqov: “Münasibətləri yaxşılaşdırmaq, dialoqu bərpa etmək lazımdır”

Qarabağ
  • 14 noyabr, 2021
  • 19:17
İbrahim Malsaqov: “Münasibətləri yaxşılaşdırmaq, dialoqu bərpa etmək lazımdır”

"Hərbi əməliyyatın döyüş mərhələsi başa çatıb. Sonra diplomatlar, iqtisadçılar, ictimai xadimlər işləyəcək. Münasibətləri qurmaq, dialoqu bərpa etmək və əvvəlki ənənələri bərpa etmək lazımdır. Mən çox şadam ki, ölkələrimizin başçıları - İlham Əliyev və Vladimir Putinin müdrikliyi sayəsində müharibəyə son qoyan üçtərəfli razılaşmalar əldə edildi”.

Bu fikirləri “Report”a “Planet” İctimai Təşəbbüslərin və Sosial Proqramların Dəstəklənməsi və İnkişafı Fondunun prezidenti, Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsi sədrinin köməkçisi İbrahim Malsaqov deyib.

“Ümumilikdə, millətlərarası problemlər bizə əvvəlki nəsillərdən miras qalmışdı, indiki nəsil isə bunun gələcəyə ötürülməməsi üçün hər şeyi etməlidir, burada hamı sülh, dostluq və yaradıcılıq şəraitində yaşamalıdır”.

44 - Tezliklə