Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 14:11
Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib.

Sunami təhlükəsi elan edilib.

Zəlzələnin episentri təxminən 13,3 min nəfərin yaşadığı Luqanvil şəhərindən 121 km şərqdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.

Yaralılar və ya dağıntılar barədə məlumat hələ ki yoxdur.