Səfir: "Minsk və Bakı ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir"

ASK
  • 08 oktyabr, 2026
  • 13:43
Səfir: Minsk və Bakı ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir

Belarus kənd təsərrüfatı üçün kadr hazırlığı sahəsində bütün istiqamətlər üzrə - tarla işləri və emal sənayesindən tutmuş pərakəndə ticarətə qədər Azərbaycanla birgə təhsil proqramlarının sayının artırılmasını gözləyir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç Belarus ixracatçılarının Azərbaycana biznes missiyası zamanı bildirib.

Diplomat vurğulayıb ki, iki dövlətin ticari-iqtisadi əməkdaşlığı çərçivəsində ərzaq tədarükü sahəsində qarşılıqlı fəaliyyət bloku əsas mövqelərdən birini tutur.

"Ən vacibi - bu, şübhəsiz ki, xüsusilə təlatümlü bir dövrdə hər iki ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. İxrac və idxal, müvafiq olaraq Azərbaycan və Belarusun ixrac-idxalı, həm Belarus, həm də Azərbaycan bazarına ərzaq tədarükü üzrə təxminən ən azı dörddə bir qədər artır. Hər iki ölkəyə ərzaq tədarükünün çeşidində artım baş verir", - D.Pineviç bildirib.

Səfir qeyd edib ki, bu göstərici hər iki ölkənin inkişafının əhəmiyyətli indikatorudur: "Bir neçə gündən sonra bizim burada, Bakıda kifayət qədər çox böyük bir siyasi hadisə gözləyir, bu, Belarusdan Qarabağa səfər etməyi planlaşdıran yüksək səviyyəli nümayəndə heyəti olacaq".

44 - Tezliklə