Suriya itkin düşmüş şəxslər probleminin həllində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 13:58
Suriya itkin düşmüş şəxslər probleminin həllində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Suriya itkin düşmüş şəxslər probleminin həllində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bunu "Report"a açıqlamasında Suriya Milli İtkin Şəxslər Komissiyasının sədr müavini Ammar Alesah deyib.

Onun sözlərinə görə, Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təcrübəsi var:

"Biz ilk dəfədir Azərbaycandayıq və burada əsas prioritetimiz ölkənizlə əməkdaşlıq və koordinasiya yaratmaqdır. Çünki Azərbaycanın itkin şəxslərlə bağlı təcrübəsi və ekspertizası var. Ona görə də Suriyaya bu istiqamətdə dəvət göndərilməsini yüksək qiymətləndiririk və gələcəkdə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik".

44 filmi