MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb

Media
  • 16 iyul, 2022
  • 12:23
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb

Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb.

Mükafat alanlar siyahısında “Global Media Group”un tərkibində fəaliyyət göstərən media qurumlarından 5 jurnalistin də adı var. Belə ki, "Report" İnformasiya Agentliyinin əməkdaşı İlahə Məmmədli, Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov, Caliber.az-ın əməkdaşı Tamilla Məmmədova, “Kaspi” qəzetinin əməkdaşı Natiq Muxtarov və “Kaspiy” qəzetinin əməkdaşı İlhamə Rəşidova müxtəlif nominasiyalar üzrə qalib gəliblər.

Qeyd edək ki, qalib gəlmiş jurnalistlərə pul mükafatı təqdim olunacaq.