“Daily Mail”: Bayden az qala səhnədə yıxılacaqdı

Maraqlı
  • 07 noyabr, 2022
  • 07:08
“Daily Mail”: Bayden az qala səhnədə yıxılacaqdı

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda çıxışı zamanı az qala səhnəyə yıxılacaqdı.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Videoda Baydenin Nyu-Yorkun qubernatoru Keti Hokula dəstək kampaniyası tədbirində çıxışından bir hissə göstərilir. O, səhnədə gəzə-gəzə yaşlılar üçün dərmanların qiymətinin aşağı salınmasından danışır. Ardından isə nəyinsə üstünə çıxır və az qala müvazinətini itirir.

“Oyy, nəyisə tapdaladım... Bu nədir? Qaradır. Nə isə...”, - deyə Bayden olaya reaksiya verib.