Bakıda IV İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir

Xarici siyasət
  • 09 sentyabr, 2026
  • 11:37
Bakıda IV İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir

Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT rəsmiləri və digər qonaqlar iştirak edir.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi sentyabrın 7-dən öz işinə başlayıb.