Eldar Salahov: "Regiondakı geosiyasi vəziyyət Bakı Limanının fəaliyyətinə təsir edir"
- 09 sentyabr, 2026
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Regiondakı geosiyasi vəziyyət Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətinə təsirsiz ötüşmür.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulmayan yük həcmləri meydana gələ bilər: "Bu gün həmin yüklərin və ümumiyyətlə Orta Dəhliz üzrə artan yük həcminin qarşılanması məqsədilə Bakı limanı tədbirlər həyata keçirir. Yeni yük aşırma avadanlıqlarının alınması, lokomotivlərin, kran avadanlıqlarının, konteyner yükləyicilərinin, çəngəlli yükləyicilərinin alınması istiqamətində fəaliyyət davam edir. Lakin biz anlayırıq ki, burada təkcə texniki imkanların artırılması deyil, eyni zamanda əməliyyat səmərəliliyin yüksəldilməsi, əlaqələndirmə, məlumat mübadiləsi istiqamətində də kifayət qədər işlər aparılır. Bakı limanı bu yüklərin qarşılanmasına hazırdır".