​"Turanbank" yeni kredit kampaniyası keçirir

Maliyyə
  • 08 oktyabr, 2014
  • 08:08
​Turanbank yeni kredit kampaniyası keçirir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Turanbank” ASC 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin orta və ali təhsil ocaqlarının pedaqoji kollektivləri üçün oktyabrın 8-10-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə “Report”a bankın baş ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Hazırda "Turanbank"ın 15 xidmət nöqtəsi (o cümlədən, 8-i regionlarda) və 17 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.