Samir Şərifov: “ÜDM-də azalma göstəricisi bir qədər də artacaq”
Maliyyə
- 05 avqust, 2020
- 07:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak səbətinin azalmasıdır”.
“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.
Bununla belə, onun sözlərinə görə, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub: “Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra prosesində hər hansı geriləmə olmayıb”.
Nazir həmçinin deyib ki, aprel ayından başlayaraq ölkənin ümumi daxili məhsulu (ÜDM) azalmağa başlayıb: “Gözlənilən odur ki, azalma göstəricisi bir qədər də artacaq”.
Son xəbərlər
10:32
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
Biznes
10:30
"Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək
Futbol
10:30
Rəhman Hacıyev: "Qarabağda minalardan təmizlənmə ən yüksək templə aparılır"
İnfrastruktur
10:28
Laos Azərbaycan limanlarını Cənub-Şərqi Asiya bazarı ilə əlaqələndirməyi təklif edib
İnfrastruktur
10:26
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir
Elm və təhsil
10:25
Laos və Azərbaycan ikitərəfli investisiya sazişinə dair danışıqlar aparır
Biznes
10:22
Azərbaycan Laos şirkətlərini investisiya layihələrində iştiraka dəvət edir
Biznes
10:22
Azərbaycanda 9 ayda 4,2 milyard kVt/saat "yaşıl enerji" istehsal edilib
Energetika
10:22
Media və Yayım Şurası: İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib
Media