Laos və Azərbaycan ikitərəfli investisiya sazişinə dair danışıqlar aparır

Biznes
  • 14 oktyabr, 2026
  • 10:25
Laos və Azərbaycan ikitərəfli investisiya sazişinə dair danışıqlar aparır

Hazırda Laos və Azərbaycan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən ikitərəfli investisiya sazişinin imzalanmasına dair danışıqların aparılması istiqamətində fəal iş aparır.

"Report" xəbər verir ki, bunu Laosun sənaye və ticarət nazirinin müavini Manotonq Vonqsay Bakıda keçirilən Azərbaycan-Laos biznes-forumunda bildirib.

"Otuz ildən artıq bir müddətdə Laos və Azərbaycan dostluq əlaqələrini qoruyub saxlayır və qarşılıqlı fəaliyyəti ardıcıl olaraq genişləndirir. Hazırkı mərhələdə tərəflər iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən ikitərəfli investisiya sazişi üzrə danışıqların aparılması ilə məşğuldurlar. Biz əminik ki, atılan addımlar daha etibarlı hüquqi bazanın formalaşdırılmasına imkan verəcək, investorların inamını möhkəmləndirəcək, eləcə də iki dövlət arasında qarşılıqlı investisiyaların artmasına kömək edəcək", - M.Vonqsay qeyd edib.