Sahil Babayev: “Azərbaycanda 2024-cü ildə fiskal intizam qorunub”
- 27 may, 2025
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2024-cü ildə fiskal intizam qorunub saxlanılıb.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi, makroiqtisadi göstəricilərinə nəzər saldıqda, ötən il həm də iqtisadi artım qeyd edə alınıb: “Ötən il tədiyyə balansı qorunub, ticarət balansında profisit qeydə alınıb, ehtiyatlarımız artıb. Dövlət büdcəsi çərçivəsində cəmi 1 il ərzində 15 milyard manatlıq portfel əsaslı xərclərə yönəldilib, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı proqramın icra olunub, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində xüsusi alışlar həyata keçirilib”.
Nazir bildirib ki, bütün bunlar həyata keçirilərkən ötən il ölkədə fiskal intizam qorunub”.