MİDA-nın maliyyə hesabatlarının auditini aparacaq şirkət məlum olub

Maliyyə
  • 08 fevral, 2019
  • 08:35
MİDA-nın maliyyə hesabatlarının auditini aparacaq şirkət məlum olub

Bakı. 8 fevral. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinın satın alınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.

“Report” MİDA-ya istinadən xəbər verir ki, bu tenderin qalibi beynəlxalq audit şirkəti "Pricewaterhouse Coopers"in Azərbaycan nümayəndəliyi (“PwC Azerbaijan”) olub.

MIDA və “PwC Azerbaijan” yanvarın 30-da dəyəri 33 040 manat olan satınalma müqaviləsi imzalayıb. 

44 - Tezliklə