"Meqa Sığorta"nın xalis mənfəəti kəskin azalıb
- 08 avqust, 2026
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
"Meqa Sığorta" ASC bu ilin I yarısını 459 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,75 % azdır.
Yanvar-iyun aylarında "Meqa Sığorta"nın gəlirləri 17,013 milyon manat (1 il əvvələ nisbətən 5,75 % çox), xərcləri 16,44 milyon manat (13,3 % çox), mənfəət vergisi ödəmələri isə 115 min manat (50,2 % az) təşkil edib.
Bu il iyulun 1-nə "Meqa Sığorta"nın aktivləri 58,417 milyon manat olub ki, bu da illik müqayisədə 1,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,9 % artaraq 28,417 milyon manata, balans kapitalı isə 1,1 % azalaraq 30 milyon manata düşüb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.