"Kredit Servis" BOKT-un xalis mənfəəti 26% azalıb

Maliyyə
  • 27 iyul, 2022
  • 11:00
Kredit Servis BOKT-un xalis mənfəəti 26% azalıb

"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 70 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 25,5 % azdır.

Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 87 min manat (əvvəlki ilə nisbətən 26,3 % az), mənfəət vergisi ödəmələri isə 18 min manat (25 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,53 milyon manat olub ki, bu da illik müqayisədə 1,7 % azdır. Bunun 1,239 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 7,3% kiçilib.

Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 0,6 % azalaraq 160 min manata, balans kapitalı isə 1,8 % azalaraq 1,37 milyon manata düşüb.

Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,283 milyon manatdır.

44 - Tezliklə