"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "Slaviya" ilə matçın ən yaxşısı seçilmək mənim üçün çox özəldir"

Futbol
  • 14 oktyabr, 2026
  • 11:01
Sabahın futbolçusu Coy-Lens Mikels: Slaviya ilə matçın ən yaxşısı seçilmək mənim üçün çox özəldir

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" klubu ilə matçda ən yaxşı oyunçu seçilmək "Sabah"ın futbolçusu Coy-Lens Mikels üçün çox özəldir.

Futbolçu bunu "Report"a açıqlamasında deyib.

O, mükafatın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

"İlk növbədə komanda yoldaşlarıma təşəkkür edirəm. Matçın ən yaxşı oyunçusu seçilmək mənim üçün çox özəldir. Hələ də buna inana bilmirəm. Bu anı xəyal edirdim və indi arzuma çatmışam. Çox sağ olun".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya" görüşü Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

44 filmi