Azərbaycan Laosa bərpa olunan enerjinin birgə inkişafını təklif edib
- 14 oktyabr, 2026
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Laosdan olan şirkətlərə ölkənin sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında istehsal müəsisələri təşkil etməyi təklif edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-Laos biznes-forumunda bildirib.
"Laos hidroenergetika sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Azərbaycan isə enerji resurslarının etibarlı təchizatçısı kimi çıxış edir və günəş, külək və hidroenerji istehsalı üzrə güclərini fəal şəkildə artırır. Bizim bərpa olunan enerji mənbələri, enerji şəbəkələrinin idarə edilməsi, elektrik enerjisi ticarəti və enerji səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarımız var", - A.Axundov vurğulayıb.
Nazir müavini hər iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin inkişafının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.