“İdeal Kredit” BOKT-un xalis mənfəəti 61 % artıb
- 02 may, 2023
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,039 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 60,8 % çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 1,299 milyon manat (əvvəlki ilə nisbətən 60,5 % çox), mənfəət vergisi ödəmələri isə 260 min manat (60,5% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 8,752 milyon manat olub ki, bu da illik müqayisədə 53,4 % çoxdur. Bunun 8,1 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 55,1 % böyüyüb.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 57,2 % artaraq 5,147 milyon manata, balans kapitalı isə 48,3 % artaraq 3,606 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.