​“Expressbank” müştərilərinə doğum günü hədiyyəsi edir

Maliyyə
  • 30 sentyabr, 2014
  • 11:56
​“Expressbank” müştərilərinə doğum günü hədiyyəsi edir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Expressbank” ASC müraciət edən müştərinin doğum tarixi ilə müraciət tarixi eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir. Həmçinin, “Visa Gold” kartı hədiyyə olunur. Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, əgər müştəri “ExpressCard” kredit məhsulunu sifariş edərsə, ona həmin kart “Visa Gold” əsasında veriləcək.

Xatırladaq ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və “ExpressPay” ödəniş terminalı vardır.