“Azmikroinvest” BOKT-un zərəri 3 dəfə artıb
- 31 may, 2024
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 32 min manat xalis zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il “Azmikroinvest”in vergiyəqədərki zərəri 40 min manat (2,7 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənati isə 8 min manat (2,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,27 milyon manat olub ki, bu da illik müqayisədə 19,9 % azdır. Bunun 1,134 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 31,9 % böyüyüb.
Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 2,3 dəfə artaraq 63 min manata çatıb, balans kapitalı isə 22,6 % azalaraq 1,207 milyon manata, o cümlədən nizamnamə kapitalı 24,9 % azalaraq 1,239 milyon manata düşüb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb.