Azərbaycanda kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
- 09 sentyabr, 2025
- 18:31

2024-cü ildə Azərbaycanda açıq tender üzrə həyata keçirilən satınalmaların həcmi illik müqayisədə 16,8 % artaraq 4 milyard 275,5 milyon manat olub.
"Report" bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.
Məlumata görə, bu üsul ilə 3 688 satınalma baş tutub.
Hesabat dövründə kotirovka sorğusu metodu ilə 125,4 milyon manat satınalma həyata keçirilib ki, bu da, illik müqayisədə 2,1 dəfə çoxdur. Bu metod üzrə 6 113 satınalma baş tutub.
Hər bir baş tutmuş satınalmanın orta məbləği açıq tender metodu üzrə 1 milyon 158,4 min manat (əvvəlki illə müqayisədə 344,1 min manat artım olub), kotirovka sorğusu metodu üzrə 20,5 min manat (0,1 min manat azalma), bir mənbədən satınalma metodu üzrə isə 547,4 min manat (64,8 min manat azalma).