Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Maliyyə
  • 01 noyabr, 2025
  • 14:25
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,5 % artaraq 484,664 milyon manata çatıb.

Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 64,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti