Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir

Region
  • 19 oktyabr, 2026
  • 17:59
Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir

Rusiya tərəfi İran Prezidenti Məsud Pezeşkianın Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirak edəcəyini gözləyir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən mətbuat konfransında bildirib.

"Prezident Pezeşkianın oktyabrın sonunda Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirak edə biləcəyini gözləyirik", - o bildirib.

Qeyd edək ki, qaz İxrac Edən Ölkələr Forumunun sammiti oktyabrın 27-də Rusiyanın paytaxtında keçiriləcək.

44 filmi