Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb

Biznes
  • 19 oktyabr, 2026
  • 18:21
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 141,215 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3,8 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 3 milyard 756,532 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə bir il əvvələ nisbətən 60,3 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (566,837 milyon ABŞ dolları; 2,9 dəfə çox), Rusiya (523,214 milyon ABŞ dolları; 2,7 % çox), Türkiyə (323,079 milyon ABŞ dolları; 53,1 % çox), Bolqarıstan (188,944 milyon ABŞ dolları; 1,2 % az) və Ermənistan (161,526 milyon ABŞ dolları; 18,1 % çox) olub.

44 - Tezliklə