Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək

ASK
  • 19 oktyabr, 2026
  • 17:56
Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək

Oktyabrın 27-də, saat 10:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-347-57-59; 050-331-12-10) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

44 - Tezliklə