ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb

Maliyyə
  • 19 oktyabr, 2026
  • 17:53
ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) özəl səhm fondlarına investisiyaları 4 milyard 013,719 milyon manat təşkil edib.

"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 16,1 % çoxdur.

İl ərzində özəl səhm fondlarına investisiyaların Neft Fondunun aktivlərindəki payı 3,4 %-dən 3,2 %-ə enib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.