Azərbaycan Dövlət Neft Fondu hərraca 100 mln. dollar çıxaracaq

Maliyyə
  • 04 mart, 2016
  • 06:52
Azərbaycan Dövlət Neft Fondu hərraca 100 mln. dollar çıxaracaq

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın müntəzəm keçirdiyi bugünkü valyuta hərracına 100 mln. ABŞ dollarını satışa çıxaracaq. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

"Report"un analitik qrupu AMB-nin martın 7-nə ABŞ dollarının rəsmi məzənnəsini təxminən 1,61 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyini proqnozlaşdırır.