Azərbaycan banklarına qoyulan uzunmüddətli əmanətlər 29 % artıb
- 02 mart, 2024
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu ilin fevralın 1-nə 37 milyard 588,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 %, 2023-cü ilin fevralın 1-i ilə müqayisədə isə 5,7 % çoxdur.
Bunun 57,8 %-i, yaxud 21 milyard 743 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 3 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 13 milyard 116,2 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 8,3 % artaraq 2 milyard 729,8 milyon manata enib.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 694,9 milyon manatı (il ərzində 4,4 % azalıb) qısamüddətli, 13 milyard 894,1 milyon manatı (29 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.
Ölkədə 23 bank fəaliyyət göstərir.