“Aqrarkredit” BOKT-un xalis mənfəəti 37% artıb
- 28 may, 2022
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,191 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 37,4% çoxdur.
Ötən il “Aqrarkredit”in vergiyəqədərki mənfəəti 1,459 milyon manat (əvvəlki ilə nisbətən 20,4% çox), mənfəət vergisi ödəmələri isə 268 min manat (22,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrarkredit”in aktivləri 12 101,103 milyon manat olub ki, bu da illik müqayisədə 1% azdır. Bunun 83,958 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 13,7% böyüyüb.
Hesabat dövründə “Aqrarkredit”in öhdəlikləri 1,1% azalaraq 12 075,662 milyon manata düşüb, balans kapitalı isə 4,1% artaraq 25,441 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.