“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib

Komanda
  • 02 mart, 2024
  • 14:41
“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib

“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib.

“Report”un məlumatına görə, Rimas Kurtinaytisin yetirmələri B qrupunun II turunda “Şəki”ni məğlub ediblər.

İlk turda “NTD-İndiqo”ya uduzan “Şəki” digər güclü rəqibi ilə də bacarmayıb. Nəticədə “Sabah” 103:82 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər oyununda bu gün “NTD-İndiqo” ilə “Sərhədçi” üz-üzə gələcəklər.

44 - Tezliklə