​Qazaxıstan Türkmənistan limanlarından Azərbaycana maye neft yüklərinin nəqlinə başlayıb

İqtisadiyyat
  • 07 yanvar, 2015
  • 19:39
​Qazaxıstan Türkmənistan limanlarından Azərbaycana maye neft yüklərinin nəqlinə başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Qazaxıstanın "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti 1 yanvar 2015-ci il tarixindən Türkmənistan limanlarından Mahaçqala (Rusiya) və Bakı (Azərbaycan) limanlarına maye neft yüklərinin nəqlinə start verib.

"Report" şirkətin saytına istinadən xəbər verir ki, nəqlin "Kazmortransflot"un "Almatı" və "Aktobe" tankerləri vasitəsi ilə həyata keçirilməsi planlaşdırılır.

"Aktobe" tankeri yanvarın 1-də xam neftin yüklənməsi üçün Alaca limanına yanaşdırılıb.

Türkmənistan limanlarından neft nəqli "Kazmortransflot" şirkətinin biznesin şaxələndirilməsi strategiyası sayəsində mümkün olub.