Yevlaxın bir neçə yaşayış massivinə içməli su çəkilir

İnfrastruktur
  • 16 iyul, 2024
  • 17:48
Yevlaxın bir neçə yaşayış massivinə içməli su çəkilir

Yevlaxda içməli su problemi olan yaşayış massivlərində su xəttinin çəkilişlərinə başlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Nizami prospektindən Çənlibel yaşayış massivinədək 280 mm-lik su borusu və Füzuli küçəsi boyunca 582 metr uzunluğunda su xətti çəkilir.

İşlər sona çatdıqdan sonra şəhərin Çənlibel yaşayış massivi və ətraf ərazilər fasiləsiz içməli su ilə təmin olunacaqlar.

Qeyd edək ki, layihənin sonrakı mərhələsində şəhərin digər küçələrinə magistral su xəttindən ayrı-ayrı xətlərin çəkilməsi planlaşdırılır.