Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB-2

Fərdi
  • 09 oktyabr, 2026
  • 13:28
Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB-2

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, o, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana məğlub olub.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, o, 1/16 finalda slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib.

Z.Kotsoyev 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, o, 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanovu ipponla məğlub edib.

Z.Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Matasey ilə qarşılaşacaq.

44 - Tezliklə