İrakli Kobaxidze: "Gürcüstanda dəmir yolu daşımaları son onilliyin ən yüksək səviyyəsinə çatıb"

İnfrastruktur
  • 09 oktyabr, 2026
  • 12:14
İrakli Kobaxidze: Gürcüstanda dəmir yolu daşımaları son onilliyin ən yüksək səviyyəsinə çatıb

Gürcüstanda dəmir yolu ilə daşımaların həcmi 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 13 % yüksələrək son onilliyin ən yüksək göstəricisinə çatıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dəmiryolçular Gününə həsr olunmuş tədbirdə bildirib.

Baş nazirin sözlərinə görə, dəmir yolu infrastrukturunun modernləşdirilməsi həm sərnişindaşıma, həm də yükdaşıma sahələrində effektivliyin yüksəldilməsinə şərait yaradır.

İ.Kobaxidze bildirib ki, Tbilisi-Axaltsixe dəmir yolu istiqamətinin bərpa işləri yekunlaşmaq ərəfəsindədir. İşlərin tamamlanmasının ardından iki şəhər arasında səfər müddətinin 6 saatdan 3 saata endirilməsi planlaşdırılır.

Baş nazir yeni Tbilisi-Kutaisi sərnişin marşrutunun istifadəyə verilməsinin nəzərdə tutulduğunu da qeyd edib. Bundan başqa, Borjomi-Bakuriani tarixi dəmir yolu xəttinin yenidən fəaliyyətə qaytarılması da planlar arasındadır.

İ.Kobaxidzenin sözlərinə görə, Tbilisi-Batumi istiqaməti üzrə səfər müddəti 5,5 saatdan 4 saata qədər azaldılıb. Yük qatarlarının Gürcüstan ərazisini keçmə vaxtı isə iki qat qısaldılıb. Baş nazir qeyd edib ki, bu yeniliklər Gürcüstanın tranzit potensialının artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

44 filmi