MDB-nin növbəti sammiti 2027-ci ildə Buxarada keçiriləcək

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 12:01
MDB-nin növbəti sammiti 2027-ci ildə Buxarada keçiriləcək

Özbəkistanın sədrliyi ilə MDB-nin növbəti sammiti 2027-ci il oktyabrın 8-9-da Buxara şəhərində keçiriləcək.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev "Avaza"da bildirib.

Daha əvvəl, S.Lebedev MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib ki, 2027-ci ildə MDB-yə sədrlik Özbəkistana keçir.

Qeyd edək ki, 2027-ci ildə Azərbaycan MDB-də Özbəkistanla birlikdə həmsədrlik edəcək, 2028-ci ildə isə rəsmi Bakı təşkilata tam şəkildə sədrlik edəcək.