"Turan Bank"ın nizamnamə kapitalı 75 milyon manata çatdırılacaq
İnfrastruktur
- 05 dekabr, 2020
- 10:00
“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 998 840 və yaxud 7,14 % artıraraq 70 004 318 manatdan 75 003 158 manata çatdırmağa qərar verib.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 620 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.
Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8 %-i 20 fiziki şəxsə, 42,2 %-i isə 8 hüquqi şəxsə məxsusdur.
Bu il noyabrın 6-sı saat 15:00-da “Turan Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncağın gündəliyi açıqlanmamışdı.
Son xəbərlər
17:46
Samir Şərifov: Zəngəzur dəhlizi vasitəsilə 2040-cı ilə qədər 865 min TEU həcmində yük axını təmin edilə bilər
Xarici siyasət17:35
Zelenski: Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq
Digər ölkələr17:32
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Xarici siyasət17:31
Zelenski: İşğal olunmuş ərazilərimizin Rusiyaya aid olduğunu iddia etmək cəhdləri mənasızdır
Digər ölkələr17:31
Kobaxidze: Gürcüstanda investisiya və iqtisadi fəaliyyət üçün bütün zəruri şərait yaradılıb
Region17:31
Foto
Arxitektura Komitəsi və ADA Universiteti Anlaşma Memorandumu imzalayıb
İnfrastruktur17:31
ABŞ və Rusiya yüksək səviyyəli hərbi dialoqun bərpa edilməsi ilə bağlı razılığa gəlib
Digər ölkələr17:28
Ayxan Abbasov: "Qarabağ" Azərbaycan Kubokunun favoritidir"
Futbol17:26
Foto