Rəşad Həsənov: "Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb"
- 06 oktyabr, 2026
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, münaqişələr quru və dəniz yolları ilə daşımalara mənfi təsir göstərib: "Şirkətlər və hökumətlər şaxələndirmə yolu ilə cavab verirlər. Azərbaycanın bu istiqamətdə planları var. Birincisi, yüklərin daşındığı Orta Dəhliz, ikincisi isə məlumatların ötürüldüyü rəqəmsal dəhlizdir".
Nazir qeyd edib ki, Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb: "Biz bu ili təxminən 16 milyon tonla başa vuracağımızı gözləyirik və 2030-cu ilə qədər bu rəqəmin 30 milyon tona çatacağını planlaşdırırıq".
Nazir müavini əlavə edib ki, bu ilin 9 ayında Bakı Beynəlxalq Dəniz Limanı ilə 2025-ci ilin eyni dövrü ilə müqayisədə konteyner daşımaları 30 % artıb: "Tutum da tələbatdan öndə gedir. Daha yaxşı əməliyyatlar sayəsində biz limanın inkişafının ikinci mərhələsində onun konteyner tutumunu 500 000 TEU-ya çatacağını planlaşdırırıq".