Filippinli səyyah Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirib
- 09 oktyabr, 2026
- 16:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, əhalisinin əsasən müsəlman olmasına baxmayaraq, hər bir insanın öz dininə etiqad etməkdə sərbəst olduğu dünyəvi dövlətdir.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) və "Philippine Global Explorers" (PJE) beynəlxalq klublarını təmsil edən, Filippindən olan səyyah Kim Karlo De Dios (Kim Carlo De Dios) bildirib.
O, Azərbaycana ilk dəfədir səfər edir və Qarabağın xristian tarixi abidələrinə heyran qalıb.
"Mən bilirəm ki, Azərbaycan əsasən müsəlman ölkəsidir, lakin bu region ölkənin digər hissələrindən bir qədər fərqlənir. Burada biz kilsələr və xristian mədəniyyətinin digər abidələrini gördük. Bununla yanaşı, Azərbaycan dünyəvi dövlətdir və burada hər kəs istənilən dinə etiqad etməkdə azaddır", - səyyah qeyd edib.
De Dios həmçinin qədim monastırları ziyarətindən aldığı təəssüratlarını da bölüşüb. Gəncəsər monastır kompleksi, miqyası və tarixi obyektlərinin sayı ilə onun diqqətini çəkib.
Səyyah əlavə edib ki, səfərdən məmnundur və gələcəkdə Qarabağa yenidən gəlmək istəyərdi.