Azərbaycan boksçusu Səma Abbasova U-17 Avropa çempionatında finala vəsiqə qazanıb

Fərdi
  • 09 oktyabr, 2026
  • 17:09
Azərbaycan boksçusu Səma Abbasova U-17 Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu yarımfinalda mübarizə aparacaq.

44 - Tezliklə