Azərbaycanda dəmiryol nəqliyyatı ilə beynəlxalq daşımaların həcmi açıqlanıb
İnfrastruktur
- 30 sentyabr, 2024
- 11:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 milyard 83 milyon ABŞ dolları dəyərində 4,8 milyon ton idxal-ixrac yükü daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 15,4 %, həcm baxımından 6,5 % azdır.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 1,9 milyon ton (10,7 % az), dəyəri 605,2 milyon ABŞ dolları (24,2 % az), idxal olunan yüklərin həcmi isə 2,9 milyon ton (3,5 % az), dəyəri isə 1 milyard 477,8 milyon ABŞ dolları (11,2 % az) təşkil edib.
Son xəbərlər
06:54
Papua-Yeni Qvineya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr
06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Digər ölkələr
06:02
Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb
Digər ölkələr
05:51
Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
Digər ölkələr
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region