"ADY Express": 8 ayda Orta Dəhliz üzrə 54 min TEU-ya yaxın yük daşınıb
- 09 sentyabr, 2026
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti olan "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin eyni dövründə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 48 326 TEU təşkil edib: "Beləliklə, 2026-cı ilin ilk 8 ayında yükdaşımaların həcmi illik müqayisədə 11 % artıb. 2026-cı ildə Orta Dəhliz üzrə daşımaların əsas hissəsini Şərq-Qərb istiqaməti təşkil edib. Belə ki, hesabat dövründə Şərq-Qərb istiqamətində 42 642 TEU, Qərb-Şərq istiqamətində isə 10 932 TEU yük daşınıb.
Ümumi daşımaların təxminən 80 %-i Şərq-Qərb, 20 %-i isə Qərb-Şərq istiqamətinin payına düşüb".
R.Məcidov qeyd edib ki, 8 ayda Orta Dəhliz ilə 265 konteyner blok-qatarı yola salınıb: "Beləliklə, bu ilin ilk 8 ayında blok-qatarların sayı illik müqayisədə 78 qatar və yaxu 29 % artıb. Beləliklə, 2026-cı ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə konteyner daşımalarında artım dinamikası qeydə alınıb".