Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

İKT
  • 15 may, 2025
  • 13:02
Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 13 %, özəl sektorda isə 11 % artıb.

Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3 % çoxdur.