Azərbaycanda FBL vahid multimodal nəqliyyat sənədinin tətbiqi planlaşdırılır
- 08 sentyabr, 2026
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda multimodal nəqliyyat konosamentinin - "FIATA Bill of Lading" (FBL) sisteminin tətbiqiqi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat-Ekspeditor Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Həbibov Bakıda keçirilən beşinci "Qara dəniz-Xəzər Logistika Forumu 2026"da deyib.
Onun sözlərinə görə, bu sənəd qarışıq daşımalar üzrə operator rolunu üzərinə götürən ekspeditor tərəfindən rəsmiləşdirilir:
"Təşkilat FIATA adlanır və onun arsenalında FBL konosamenti mövcuddur. Söhbət yüklərin vahid sənədləşdirmə ilə müxtəlif nəqliyyat növləri vasitəsilə daşınmasına imkan verən vahid multimodal sənəddən gedir. Hazırda assosiasiyamız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq məsləhətləşmələr aparır və Azərbaycanda FBL-in inteqrasiyası məsələsi üzərində işləyir".
O, bu istiqamətdə yalnız Azərbaycanın səylərinin yetərli olmadığını vurğulayıb:
"Bununla belə, biz ölkə daxilində bu prosesi başlatdıqdan dərhal sonra onu Orta Dəhlizin digər dövlətləri arasında da təşviq edərək bu qərarın üstünlüklərini nümayiş etdirmək niyyətindəyik. Dünya təcrübəsində olduğu kimi, logistika sənədləri tədricən rəqəmsallaşdırılır və FIATA da FBL-in elektron formata (e-FBL) keçirilməsini reallaşdırır. Bu istiqamətdə işlər olduqca aktiv şəkildə aparılır və ola bilsin ki, ilin sonunadək ilk nəticələri təqdim edə bilək".