Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb
İKT
- 24 may, 2023
- 13:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” artıq azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya qoyub.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədr əvəzi İnarə Vəliyeva bildirib.
Onun sözlərinə görə, daha 6 startap izləmə mərhələsindədir.
"Eyni zamanda, agentliyin dəstəklədiyi “Technovate” mələk investorlar klubu ilk dəfə 125 min ABŞ dolları dəyərində investisiya həyata keçirib”, - deyə sədr əvəzi qeyd edib.
"Caucasus Ventures" 11 milyon manat nizamnamə kapitalına malikdir. Fondun təsis paylarının 44 %-i dövlətə məxsusdur.
Son xəbərlər
12:55
Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib
Digər ölkələr
12:54
Məktəbli forması qaydaları təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir - RƏY
Elm və təhsil
12:53
"İmişli" baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib
Futbol
12:53
Rütte Bolqarıstanın Baş naziri ilə Qara dənizdə gəmilərə hücumları müzakirə edib
Digər ölkələr
12:44
Ermənistan dəmir yollarını xilas etmək istəyir - Bakı ilə sülh nəyi dəyişəcək?
Analitika
12:41
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya
12:40
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib
Milli Məclis
12:39
Dövlət Xidməti "Bug Bounty" proqramına start verir
Maliyyə
12:31
Foto
Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub
Fərdi