Azərbaycanda barmaq izi ilə təchiz edilmiş bank kartları istifadəyə verilə bilər

İKT
  • 01 aprel, 2022
  • 10:00
Azərbaycanda barmaq izi ilə təchiz edilmiş bank kartları istifadəyə verilə bilər

Norveçin “IDEX Biometrics” şirkəti Azərbaycanda barmaq izi sensoru ilə təchiz edilmiş plastik bank kartlarının istifadəyə vermək istəyir.

“Report” xəbər verir ki, artıq bununla bağlı adıçəkilən şirkət Azərbaycan Mərkəzi Bankı, digər aidiyyəti qurumlar və kommersiya bankları ilə danışıqlar aparır.

Danışıqlar çərçivəsində şirkətin Şərqi Avropa üzrə baş vitse-prezidenti Hakan Acar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşovla görüşüb.

Görüşdə barmaq izi sensoru ilə təchiz edilmiş plastik bank kartlarının rəqəmsal ödənişlərdə əsasən də elektron ticarətdə tətbiqi imkanları müzakirə edilib.

Qeyd edək ki, “IDEX Biometrics” 1996-cı ildə Osloda yaradılıb. Amma hazırda əsas əməliyyatları Nyu-York və Massaçusets ştatlarındakı mərkəzləri tərəfindən idarə edilib.

44 - Tezliklə