Azərbaycandakı hərbi attaşelər azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb

Hərbi
  • 13 dekabr, 2022
  • 12:25
Azərbaycandakı hərbi attaşelər azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.