Yevlaxda ağır yol qəzasında ölən və yaralananların kimlikləri məlum olub -YENİLƏNİB

Hadisə
  • 07 fevral, 2023
  • 08:02
Yevlaxda ağır yol qəzasında ölən və yaralananların kimlikləri məlum olub -YENİLƏNİB

Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elnur Orucov dünyasını dəyişib. 

Daha 4 nəfər - 1996-cı il təvəllüdlü Əfsanə Məmmədkərimova, 1967-ci ildə anadan olmuş Səmiyəddin Əliyev, 1967-ci il təvəllüdlü Mətanət Orucova və 2019-cu ildə anadan olmuş Tuncay Məmmədkərimov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

10:37

Yevlax-Bərdə yolunda 2 avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıblar.

Zərərçəkənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.