Sabirabadda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanıldı
Hadisə
- 21 yanvar, 2021
- 09:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad şəhərində yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
12:42
Yəmən səfiri: Azərbaycan və Türkiyə ölkəmiz üçün mühüm və etibarlı tərəfdaşdır
Xarici siyasət12:42
Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar
Digər ölkələr12:41
ADSEA: Aqrar sahədə itkinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur
ASK12:39
"QHT işi" ilə bağlı həbs olunan Mehriban Rəhimliyə şərti cəza verilib
Hadisə12:37
Foto
"ARB Günəş"in "Laylay" layihəsi təqdim olunub
Sosial müdafiə12:35
Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb
Milli Məclis12:35
Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala adlayıb
Fərdi12:33
İvanovkada "Turistik kənd" konsepsiyasına uyğun olaraq infrastruktur yaradılır
Turizm12:32