Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 12:32
Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb.

"Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir.

"Switchblade 600" dronları sayəsində Litva Silahlı Qüvvələri yeni imkanlar əldə edir. Onların köməyi ilə hərbçilər düşmənin zirehli texnikasını təhlükəsiz məsafədən tez və yüksək dəqiqliklə məhv edə bilərlər. Hər bir belə satınalma Litvanın təhlükəsizliyini gücləndirir. Eyni zamanda, bu, Litva və ABŞ arasındakı tərəfdaşlığın daha bir əyani təsdiqidir", – müdafiə naziri Robertas Kaunasın sözlərinə istinadən qurumun məlumatında bildirilib.

Döyüş dronları ilə yanaşı, Litva ABŞ-dən dronların buraxılışı və idarə edilməsi üçün avadanlıq, şəxsi heyətin hazırlığı üçün simulyator və texniki xidmət paketi alır.

44 - Tezliklə