Kəngərlidə iki həftə əvvəl yol qəzasında xəsarət alan 47 yaşlı kişi xəstəxanada ölüb

Hadisə
  • 18 fevral, 2025
  • 06:38
Kəngərlidə iki həftə əvvəl yol qəzasında xəsarət alan 47 yaşlı kişi xəstəxanada ölüb

Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş vermişdi.

Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət almışdı.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.